Abbas Abbasovun deputat oğlu təzyiqlərdən danızdı: ?Heç hara getməmizəm...?

img

13-06-2013 [06:37]


Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov atası və ailələrinin adı ətrafında cərəyan edən hadisə və söz-söhbətlərlə bağlı açıqlama verib. Xatırladaq ki, Aydın Abbasovun atası Abbas Abbasov hazırda Rusiya Azərbaycan Təşkilatları İttifaqına və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (?AzərRos?) Ağsaqqallar Şurasına sədrlik edir. Bu həftə Abbas Abbasov bəyanat yayaraq son vaxtlar Azərbaycanda Rusiya əleyhinə kampaniya aparıldığını bildirib və buna kəskin etirazını ifadə edib. Azərbaycanın hakim partiyasının təmsilçiləri və hakimiyyətyönlü bir sıra şəxslər mediaya açıqlamalarında bu bəyanatına görə Abbas Abbasovu qınayıblar. Mia.az xəbər verir ki, deputat Aydın Abbasov ?Media forum? saytına deyib ki, atasının son açıqlamalarına görə hər hansı təzyiqlə üzləşməyib: ?Bizim ailəyə heç bir təzyiq yoxdur. Heç belə təzyiq üçün əsas da mövcud deyil. Əvvəl necə yaşayıb, işləmişiksə, indi də elədir?. Azərbaycanı tərk edib Rusiyaya getməsi haqda yayılan xəbərləri təkzib edən Aydın Abbasov vurğulayıb ki, o, Bakıdadır, işləri ilə məşğuldur: ?İyunun 13-də Milli Məclisin iclasında iştirak etmişəm. Azərbaycandan heç hara getməmişəm, belə bir niyyətim də yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA