Məzhur YAP-çı Zahiid Qaralovun qızının fəaliyyəti nəzarətə götürüldü

img

13-06-2013 [05:45]


Səhiyyə Nazirliyinin yüksək səviyyəli komissiyası tərəfindən Abşeron Mərkəzi Rayon Xəstəxanasında ciddi araşdırmalar aparılır.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib ki, araşdırmalar xəstəxananın tibb personalının şikayətinə əsasən təşkil edilib. Onun sözlərinə görə, Abşeron Mərkəzi Rayon Xəstəxananın işçilərinin etirazına səbəb xəstəxananın baş həkimi Mehriban Qaralovanın işçiləri təhqir etməsi olub: ?Xəstəxanada acınacaqlı vəziyyətlə yanaşı, baş həkimin adi davranış qaydalarına riayət etməməsi orada ciddi söz-söhbətlər yaradıb. Yaranan vəziyyətə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi tərəfindən 2 gündür tibb ocağında araşdırmalar aparılır və bu proses hələ bir neçə gün də davam edəcək. Hələlik araşdırma davam etdiyindən hansısa söz demək çətindir. Araşdırmalar gələn həftəyə kimi davam edəcək. Yəqin ki, işlər gələn həftə yekunlaşacaq. Komissiyanın nəticələri məlum olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək. Bu nəticələrə əsasən, günahkar tərəf cəzalandırılacaq və onlara qarşı müvafiq tədbirlər görüləcək?(APA). Mia.az-ın xəbərinə görə, baş həkim Mehriban Qaralova məşhur "91-lər Hərəkatı"nın üzvü, sabiq deputat və Yeni Azərbaycan Partiyasını Səbail rayon şöbəsinin sədri Zahid Qaralovun qızıdır. Zahid Qaralovun oğlu İlqar Qaralov isə Bakının Xətai rayon Məhkəməsində hakimdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA