Kəmaləddin Heydərovun oğlunun zirkətində izçilər etiraza qalxdı

img

13-06-2013 [05:14]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun himayəsi altında fəaliyyət göstərdiyi bildirilən ?AZFP CO.? (Azərbaycan Qida və Qablaşdırma Şirkəti) şirkətində ciddi etirazlar baş qaldırıb. Etirazların ilk mərhələsi dünən 60-a yaxın işçinin şirkətin baş ofisi qarşısında aksiya keçirməsilə baş tutub. Mia.az xəbər verir ki, etirazçıların ?Azadlıq?a verdiyi məlumata görə, onların bu hərəkətinə səbəb qanunsuz işdən çıxarılmalarıdır. Onlar bildirirlər ki, şirkətə rəhbərlik edən Ahad adlı əcnəbi vətəndaş işçilərlə kölə kimi rəftar edir, buna narazılığını bildirənlərə isə ?kim buranı bəyənmirsə, cəhənnəm olub getsin? deyir. İşçilər buranın Azərbaycan torpaqları olduğunu, onları kiminsə təhqir etmək hüququ olmadığını bildirərək, işçi qüvvəsinin azaldılması vacibdirsə, bunun qanuna uyğun şəkildə həyata keçirilməsini tələb edirlər. İşçilər ?Azadlıq?a onu da bildirib ki, onların tələbləri nəzərə alınmasa, dövlət başçısına müraciət edəcəklər, Prezident Administrasiyası qarşısında tələblərini səsləndirəcəklər. Onu da əlavə edək ki, ?AZFP Co? LTD-nin Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tərəfindən idarə olunduğu bildirilir. Bu şirkət əhali arasında daha çox ?Milla? markalı süd və süd məhsullarının istehsalı ilə məşhurdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA