Milli Məclisdən generallara ağır ittiham səsləndi; Oqtay Əsədov dilə gəldi

img

13-06-2013 [03:27]


Bu gün Milli Məclisin iclasında söz alan deputat Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyə çağırıb: ?Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində çalışan insanlar vaxtilə Ali Baş komandana dəstək vermədilər və ölkədə çevriliş oldu. Həmin şəxslər bu gün də Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışırlar. Bu gün elə şərait yaranarsa, məndə şübhə var ki, görəsən, onlar Ali Baş komandanı müdafiə edəcəklərmi??. Spiker Oqtay Əsədov deyib ki, Azərbaycanda sabitlik var, amma bəzi xarici qüvvələr bu sabitliyi pozmağa çalışır: ?Əminəm ki, onların bu səyləri boşa çıxacaq?. Deputat Aydın Mirzəzadə isə deyib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib: ?Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA