Deputat, partiya sədri Zakir Qaralova müraciət etdi

img

13-06-2013 [11:39]


VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən NİDA Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün bu gün Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə - Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması Baş prokurordan xahiş edilir. Xatırladaq ki, rəsmi məlumata görə, NİDA Vətəndaş Hərəkatının kordinatoru, bloqçu Zaur Qurbanlı narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları əsasında saxlanılarkən polisə müqavimət göstərdiyi üçün ötən ilin oktyabrında 15 sutka həbs olunmuşdu. 2003-cü il aprelin 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb və qanunsuz odlu silah saxlamaq ittihamı elan edilərək, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA