Elzad Abdullayev montaj olunmamız videoları prokurorluğa göndərdi

img

12-06-2013 [01:53]


Elşad Abdullayevin hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə bağlı yaydığı videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Abdullayev Gülər Əhmədova ilə bağlı yaydığı videoların montaj olunmamış formasını istintaq orqanına göndərib. Bundan sonra istintaq orqanı tərəfindən həmin videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsinə qərar verilib. Məlumata görə, qərar bir müddət əvvəl verilib. Ekspertizanın qərarı yaxın günlərdə elan olunacaq. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA