Qətl izində komitə sədrinin qardazının adı hallandı: "Nehrəmli ilə zərik olmuzuq?

img

11-06-2013 [10:49]


Bakı Ağır Cinayətlər Məhkəməsində ?Azər-Ross? MTK-nın baş ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ?Azər-Ross? mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - H. Məmmədov və F. Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib. Proses başlanan kimi bir neçə zərərçəkmiş çıxış etdilər. Daha sonra təqsirləndirilən Hümbət Məmmədov son söz dedi. O, bildirdi ki, dövlət ittihamçısı çıxışında mülahizələrə əsaslanaraq onun Əflatun Piriyevin qətlini sifariş verməsi nəticəsinə gəlib. Onun sözlərinə görə, Bakını Murtuza Muxtarov küçəsində inşa olunan binanın Əflatun Piriyevə adiyyatı olmayıb: ?Həmin ünvanda inşa edilən binada Hacı İbrahim İbrahimovla şərik olmuşuq. Əflatun Piriyev isə işçi olub?. Təqsirləndirilən şəxs məhkəmədə daha sonra 24 mənzilin satılmasından danışdı. O, bildirdi ki, həmin mənzillərin vətəndaşlara verilməsində qanun pozuntusu olmayıb. Dedi ki, burada zərərçəkmişlərin aldadılmasından söhbət gedə bilməz: ?Zərərçəkmişlərələ qanunu qaydada müqavilə bağlanıb. Burada da dələduzluq faktı yoxdur?. Hümbət Məmmədov daha sonra qeyd etdi ki, Əflatun Piriyevin öldürülməsi yox, döyülməsini sifariş verib. O, Tofiq Bəkirova silah verməsini də belə əsaslandırdı: ?Silahı da ona görə vermişəm ki, Əflatun Piriyevi döyəndən sonra hadisə yerindən qaça bilsinlər. Bu qətl təsadüf nəticəsində baş verib. Buna görə də mərhumun ailsəindən üzr istəyirəm. Törədilən cinayətə görə, bu ailənin qarşısında mənəvi əziyyət çəkirəm. Törətdiyim əməldən peşmanam. Qanunla nəzərdə tutulmuş qaydada cəzamı da alacam?. Hümbət Məmmədov çıxışının sonunda bildirdi ki, cinayət işi üzrə mənzil problemi yaranan zərərçəkmişlərlə müqavilə ?Azər-Ross? MTK tərəfindən bağlanıb. O, həmin zərərçəkmişlərə dəymiş ziyanın ?Azər-Ross? MTK tərəfindən ödənilməsini xahiş etdi. Daha sonra çıxış edən Tofiq Bəkirov törətdiyi əməldən peşman olduğunu, sifarişin Hümbət Məmmədov tərəfindən aldığını bildirdi. Məhkəmə iclası iyunun 21-də davam etdiriləcək(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA