Zakir Qaralov Oqtay Şirəliyevə xəbərdarlıq məktubu yazıb

img

11-06-2013 [11:58]


Deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun ?1001 gecə? istirahət mərkəzində törətdiyi cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi iyunun 11-də davam etdiriləcək. Bunu Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov bildirib. Vəkilin sözlərinə görə, keçirilən sonuncu məhkəmə iclasında R.Mirələmovun tibbi ekspertizaya göndərilməsi barədə vəsatət qaldırılsa da, rədd edilib: ?Şüvəlan təcridxanasından Rəşad Mirələmov ekspertizaya aparılmışdı, ancaq bu proses cəmi 1 saat çəkmişdi. Apardıqdan sonra dərhal qaytarıblar və ekspertlər rəy verib ki, tamamilə sağlamdır. Halbuki Rəşad Mirələmovun dəfələrlə müalicə alması ilə bağlı xəstəxana sənədləri mövcuddur?. R.Mirələmovun təkrar ekspertizaya göndərilməməsinin səbəbini vəkil Respublika Prokurorluğundan Səhiyyə Nazirliyinə daxil olan məktubla əlaqələndirib: ?İstirahət mərkəzində baş verən hadisədən bir neçə gün sonra Səhiyyə Nazirliyinə Respublika Prokurorluğundan məktub göndərilib. Həmin məktubda ekspertiza rəylərinin verilməsi ilə bağlı məqam yer alıb. Yəni ekspertlər rəy verərkən daha diqqətli olmalıdırlar ki, heç kəsə saxta rəy verilməsin. O məktubdan sonra təkrar məhkəmə-tibbi ekspertizalarının keçirilməsi və ekspert rəylərinin verilməsi ilə bağlı ciddi problemlər yaranıb. Həmçinin tapşırılıb ki, xəstəliklə bağlı rəy verildiyi zaman diqqətli olsunlar, bunun da nəticəsində xəstələrə sağlam olmaları ilə bağlı rəy verilir. Bundan başqa, məhkəmələrdə təkrar ekspertiza ilə bağlı vəsatətə əksər hallarda rədd cavabı verilir?. Qeyd edək ki, R.Mirələmovun qətlə yetirdiyi Ramal Bayramovun anası Nənəş İsmayılova iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını, məhkəmənin də qeyri-obyektiv aparıldığını bildirir. Bu səbəbdən prosesdə iştirak etməyib(aznews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA