Hərbi Prokurorluğun istintaq zöbəsinin rəisi niyə izdən çıxarıldı?

img

10-06-2013 [01:20]


Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi həyata keçirilib. Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə, qurumun İstintaqa Nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərov tutduğu vəzifədən azad edilib. Onun vəzifəsindən hansı səbəbdən çıxarılmasını öyrənmək üçün Hərbi Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Şöbə rəisinin tutduğu vəzifədən azad olunması faktını virtualaz.org-a açıqlamasında təsdiq edən xidmət əməkdaşı əlavə hər hansı bir məlumat verməyib. Hazırda bu vəzifəyə yeni təyinatın olmadığı da bildirilir. Xatırladaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Tərtərdəki hərbi hissələrinin birində yeganə oğlunu itirmiş əsgər atası Bahadur Sultanovun Respublika Hərbi Prokurorluğundan şikayət məktubu dərc edilmişdi. Sabunçu rayonu, Maştağa kənd sakini olan şəhid atası məhz Respublika Hərbi Prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərovdan şikayətçi idi./virtualaz.org/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA