Ramil Usubov Aslan ismayılovu zəxsən qəbul edib

img

08-06-2013 [03:29]


Bu gün daxili işlər naziri Ramil Usubov tanınmış hüquqşünas Aslan İsmayılovu qəbul edib. Bu barədə Aslan İsmayılov özü məlumat verib. A.İsmayılovun sözlərinə görə, bir saatdan artıq sürən görüş zamanı ona çox hörmətlə yanaşılıb, söylədikləri təmkinlə dinlənilib. ?Söhbətdən anladığım o oldu ki, dediklərimi sübuta yetirə bilmədiklərindən heç kimə qarşı tədbir görülməyəcək. Atacağım addımların məsuliyyətini dərk edirəm. Görüşdə dediklərimi bir daha təkrar edirəm. Mənə qarşı cinayət törədənlər, Rəşad Ramazanovun cibinə narkotik qoyanlar cəzalandırmayınca, mübarizəmdən əl çəkən deyiləm. Bu yolda mənə qarşı atılacaq hər bir qanunsuzluğa hazıram?-deyə A.İsmayılov bildirib. Daha sonra o, əlavə edib: ?Bu günə qədər mənə qarşı olan qanunsuzluqlarla bağlı DİN-nin Daxili Təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev, daxili işlər nazirinin müavini Vilayət Eyvazov və nəhayət bu gün nazir Ramil Usubov heç olmasa məni qəbul edib, hörmətlə dinləyiblər. Görəsən bu işin araşdırılmasına qanunla birbaşa cavabdeh olan, vaxtı ilə özümün də 4 il çalışdığım Respublika Prokurorluğuna başçılıq edən, məni şəxsən tanıyan ölkənin Baş prokuroru Zakir Qaralov və onun tabeçiliyində olanlar niyə susurlar? Bu addımın başqa hallarını sadalamıram, heç olmasa qanuna hörmətsizlik olduğunu anlayırlarmı??. Xatırladaq ki, bir müddət öncə Aslan İsmayılov DİN-in Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılmışdı. Aslan İsmayılov orda təzyiqlərə məruz qaldığını iddia edir. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA