Zərərin azaldılması proqramlarında hansı yeniliklər baz verəcək?

img

08-06-2013 [12:32]


İyun ayının 7-də Bakıda Qlobal Fond HİV 2-ci faza layihəsi üzrə zərərin azaldılması proqramlarını həyata keçirən QHT-lərin idarəetmə və mühasibatlıq üzrə işçi heyəti toplanaraq bu ildən etibarən layihələrinin yeni mərhələsində tətbiq olunan yeniliklər və gələcək fəaliyyətin perspektivlərinə dair təlimə cəlb olundu. QF layihələrinin Layihə Əlaqələndirmə Bürosu (LƏB) və Zərərin Azaldılması Şəbəkəsi tərəfindən təşkil olunan təlimdə hazırda QF layihələrinin həyata keçirən 18 QHT-nin əməkdaşları iştirak etdi. Qeyd edək ki, layihələrin yeni mərhələsinə 2013-cü ilin aprel ayından etibarən başlanılıb və ölkənin müxtəlif ərazilərini əhatə etməklə risk qrupları arasında HİV epidemiyasının yayılmasına qarşı maarifləndirmə və profilaktika işlərini həyata keçirir. Layihənin əsas resipiyenti Səhiyyə Nazirliyidir. Layihənin 2015-ci ilədək davam etdiricəyi nəzərdə tutulur. Bu ildən etibarən QHT-lər ölkə layihəsində subresipiyent kimi iştirak edirlər. Yeni status QHT-lərin məsuliyyətini artırmaqla yanaşı, onların bilik və bacarıqlarının daha da artırılmasına və potensialının gücləndirilməsinə xidmət edəcək. Təlimdə iştirak edən QHT rəhbərlərinə yeni layihələrinin idarə olunması və mühasibatlıq işləri ilə bağlı məlumatlar çatdırıldı, fəaliyyətlə əlaqədar tövsiyələr verildi, təşkilatların fəaliyyətində rast gəlinən standart problemlər müzakirə olundu. Təlimdə LƏB-dən Rəşid Vəzirov, Təranə Məmmədova, Fatimə Talıbova və həmçinin Zərərin Azaldılması Şəbəkəsinin katibliyi iştirak etdi. Tədbir zamanı LƏB tərəfindən QF layihələrinin icra mexanizmləri ? hesabatlılıq, monitorinq və qiymətləndirmə ilə bağlı təqdimat edildi, təlim iştirakçılarının sualları cavablandırıldı. LƏB nümayəndələri təqdimatda bildirdilər ki, bu ildən etibarən QF layihələri üzrə indikatorlar yenilənib və indiyə qədər verilən indikatorların sayı daha da artırılıb. Zərərin azaldılması layihələrindən faydalanan insanların sayının artırılması isə layihələrin əhatə dairəsinin genişləndirilməsi, işçi heyətinin gücləndirilməsi və bacarıqların təkmilləşdirilməsi yolu ilə həyata keçiriləcək. Bunun üçün təşkilatların üzərinə böyük məsuliyyət düşür, həm proqram, həm təşkilati işlər, sənədlərin tərtibatı tələblərə uyğun olmalı və nöqsanlar vaxtında aradan qaldırılmalıdır. Təlimdə həmçinin Zərərin Azaldılması Şəbəkəsinin katibliyinin rəhbəri Rüfət Nəsibov çıxış edərək şəbəkənin fəaliyyəti, strateji planları, vəkillik və mentorluq sahəsində görülən işlər barədə məlumat verərək, şəbəkəyə üzv olan və olmayan QHT-lərlə əlaqələrin gücləndirilməsi, onların şəbəkə ilə sıx əməkdaşlığının davam etdirilməsinin vacibliyindən danışdı. Katibliyin rəhbəri əlavə etdi ki, şəbəkənin institusional layihəsi çərçivəsində bir sıra fəaliyyətlər nəzərdə tutulur ki, bunların da arasında şəbəkənin potensialının gücləndirilməsi, təşkilatlar arasında əlaqələndirmə, informasiya mübadiləsi, superviziya və vəkillik daxildir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda şəbəkənin 24 üzvü var və onların bir qismi zərərin azaldılması layihələrində çalışır. Təlimdə QHT nümayəndələri üçün praktik müzakirələr və təlimatlar çatdırıldı, zərərin azaldılması layihələrinin icraçılarına məlumat bazası, sənədlərin və digər elektron məlumatların işlənməsi qaydaları izah edildi. Bundan başqa, müxtəlif hədəf qrupları ilə işləyən təşkilat nümayəndələri tərəfindən qabaqcıl təcrübə ilə bağlı təlim iştirakçılarına məlumat verildi, autriç işin vəzifə və öhdəlikləri, autriç işi və mobil məntəqələr, HİV müayinəyə göndərişlər, sosial müşayiət və ARV müalicə ilə bağlı suallar cavablandırıldı. Təilmin mühasibat işçiləri üçün olan hissəsində isə layihələrin maliyyə sənədlərinin hazırlanmasına dair tələblər, hesabatlılıq və digər mövzulara dair müzakirələr keçiridi və təlimatlar verildi. Zülfiyyə Mustafayeva İyun, 2013

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA