Azərbaycanda hərbi kursant öldü

img

08-06-2013 [12:13]


Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alan 1993-cü il təvəllüdü Cavadzadə Kənan Şakir oğlu bu gün səhər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Onun ölümünə son dərəcə ağır qiymətləndirilən və xroniki (bəd xassəli) hepatit mədə bağırsaq qanaxması ilə fəsadlaşan xəstəlik səbəb olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən kursantın ölüm faktını təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA