Siyavuz Novruzov aparat rəhbəri gətirilir; YAP-da dəyiziklik davam edir

img

07-06-2013 [01:32]


Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülməklə yanaşı, həm də partiyada struktur dəyişikliyi aparılıb. Partiyanın yenidən sədri seçilən İlham Əliyevin bundan sonra bir müavini deyil, 4 müavini olacaq. Mia.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban Əliyeva ilə yanaşı, AMEA prezidenti Akif Əlizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İlham Əliyevin yeni müavinləri seçiliblər. Deputat Əli Əhmədov isə yenidən əvvəlki vəzifəsində ? müavin və icra katibi postunda hələ ki saxlanılıb. Partiya yetklilərindən biri mia.az-a deyib ki, partiyada icra katibi postunun ləğv edilməsi də gündəmdədir: ?Bilirsiniz ki, partiyamızda Əli Əhmədovun rəhbəri olduğu icra katibi postu var. İndi bu vəzifəsinin də struktur islahatı çərçivəsində ləğvi gündəmdədir. Güman ki, partiyada aparılan dəyişikliklə əlaqəli olaraq həmin vəzifə aparat rəhbəri postu ilə əvəzləşdiriləcək. Bu vəzifəyə isə deputat Siyavuş Novruzovun gətiriləcəyi gözlənilir. Amma etiraf etmək lazımdır ki, onun yeni vəzifəyə gətirilməsini istəməyənlər də var. Partiyada bir çoxları hesab edir ki, həmin vəzifəyə Siyavuş Novruzov deyil, onlar layiqlidir. Rəqibləri Novruzovun təşkilati şöbənin rəhbəri vəzifəsində olmasını daha məqbul sayırlar. Onu da deyiim ki, aparat rəhbərinə iki müavin postunun təsis olunması da gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA