ilham Əliyev namizəd oldu; Mehriban Əliyeva YAP-ın sədr müavini seçildi

img

07-06-2013 [01:02]


Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayında Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Qurultay nümayəndələri bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin YAP tərəfindən irəli sürülməsi təklifini yekdilliklə dəstəkləyiblər. Bundan başqa, İ. Əliyev yenidən YAP sədri seçilib. Bundan əlavə, qurultayda partiyada struktur dəyişikliyi də olunub və yeni sədr müavinləri seçilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə yanaşı, AMEA prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İlham Əliyevin yeni müavinləri seçiliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA