Dövlət Sığorta Agentliyinin rəhbəri qəzada öldü; ikram Hətəmovun ölümü arazdırılır

img

07-06-2013 [12:10]


Dövlət Sığorta Agentliyinin vəzifəlii şəxsi yol qəzasında dünyasını dəyişdi. Məlumata görə, hadisə iyunun 6-sı, saat 21.30 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində baş verib. Nəticədə Dövlət Sığorta Agentliyinin Goranboy Rayon Şöbəsinin müdiri, 1958-ci il təvəllüdlü İkram Hətəmov idarə etdiyi "Chevrolet? markalı avtomobilli yolun kənarında işıq dirəyinə çırpıb. İ. Hətəmov hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş, sükan arxasında da ürəyi dayandığına görə idarəetməni itirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA