ilham Əliyevin ?Facebook? səhifəsində suallara cavab veriləcək

img

06-06-2013 [02:23]


Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlanıb. Müraciətdə ölkə başçısının Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı sualların cavablandırılacağı bildirilib. ?Bu gündən etibarən Prezident İlham Əliyevin Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaqdır. 2013-cü il Azərbaycanda "İnformasiya Texnologiyaları ili" olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edirik. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaqdır. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməzdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq?-deyə müraciətdə bildirilib. https://www.facebook.com/PresidentIlhamAliyev?fref=ts

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA