Azərbaycanda sərnizin qatarında partlayıcı maddə tapılıb

img

06-06-2013 [11:29]


da sərnişin qatarında partlayıcı maddə tapılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Qazax xətti ilə hərəkət edən sərnişin qatarı Keşlə Dəmir Yolu stansiyasında saxlanılıb. Qatara baxış keçirilərkən 10-cu vaqonunun 13-cü kupesində olan sərnişin, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Sakit Əsgərova məxsus bağlamanın içərisindən 200 qram barıt, 1 kiloqram karteç güllələr aşkar edilərək götürülüb. S. Əsgərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA