Ramil Usubova qarzı yenidən təxribat olub: ?Nazirin adına saxta profil yaradan tutulub"

img

05-06-2013 [09:21]


Son günlər sosial şəbəkələrdən birində Azərbaycannın daxili işlər naziri Ramil Usubovun adına daha bir saxta profil açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. O qeyd edib ki, həmin profil saxtadır və Ramil Usubova heç bir aidiyyəti yoxdur: ?Bir müddət əvvəl də nazirin adından ?facebook? sosial şəbəkəsində iki saxta profil yaradılmış, həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Əvvəlki iki halda olduğu kimi, bu dəfə də saxta profili yaradan şəxs müəyyən edilərək barəsində müvafiq tədbir görülüb. Qeyd etməyi vacib bilirəm ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyəti yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq?(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA