?Facebook?da hökumətyönlü qruplar da bağlandı

img

05-06-2013 [07:57]


Bu gün ?Facebook?da Azərbaycanın ən məşhur müxalifyönlü ?Xilas? və ?İstefa? qruplarının yoxa çıxması haqqında xəbər vermişdik. Qrupların hansı səbəbdən bağlanması haqda indiyə qədər heç bir məlumat yoxdur. Müxalifyönlü qruplarla birgə hökumətyönlü ?Prezidentə dəstək ? 2013?, ?Azərbaycana baxış?, ?Azərbaycan 2013- Qələbə? qruplarının da naməlum şəraitdə və hələlik açıqlanmayan səbəblərdən bağlandığı haqda məlumatlar yayılıb. Hər birinin 200-300 min üzvü olan bu qrupların bağlanması mediada geniş müzakirələrə səbəb olub. Mütəxəssislər qrupların səbəbsiz yerə bağlanması ilə bağlı şərhlər verirlər. Qeyd edək ki, bunun kimlər tərəfindən və hansı səbəbdən həyata keçirildiyi məlum deyil (qafqazinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA