Bakı Şəhər Baz Polis idarəsi: Polislə jurnalistlər arasında baz verənlər arazdırılır

img

05-06-2013 [10:28]


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) son günlər paytaxtda qanunsuz keçirilməsinə cəhd edilən aksiyalarda polislə jurnalistlər arasında yaşanan anlaşılmazlıqdan narahatlığını ifadə edib. BŞBPİ-dən APA-ya verilən məlumatda qeyd olunur ki, bu məsələlər idarə rəhbərliyinin diqqət mərkəzindədir: ?Hazırda hadisə ilə bağlı araşdırma aparılır və aparılan araşdırmalar başa çatdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Qanunu pozanlar cəzasını alacaqlar?. Qeyd edək ki, Türkiyədə Gezi parkının sökülməsinə qarşı başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən jurnalistlər (ANS TV əməkdaşları Elnarə Məmmədova Firuz Ağayev və RATİ əməkdaşları Rasim Əliyevlə Mehman Hüseynov) hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqinə məruz qalıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA