isa Qəmbərin qardazı Rövzən Qəmbər müraciət etdi

img

04-06-2013 [10:20]


Bonn İdarə Məhkəməsində qeydiyyatdan keçmiş Dünya Azərbaycanlıları Məclisini sədri, Müsavat başqanı İsa Qəmbərin qardaşı Rövşəm Qəmbər 62 yaşı tamama olması ilə bağlı onu təbrik edənlərə müraciət edib. Müraciətdə deyilir: Əziz və Ədalətsevər Dostlarım, mənim 62 yaşımı təbrik edərək Məsuliyyətimi artıranlara çox təşəkkür edirəm və özümü o zaman Xalqımın Xoşbəxt Övladı sayardım ki, bu Qrupumuzda müzakirə edərək bu günkü Ən Böyük Problemlərimizə Sizlərlə birlikdə xeyirli çözümlər tapa biləydik! Məsələn, Arif Bəy kimi Ziyalı niyə Milli Şuranın üzvü olmaq istəmədi? Bu Suala hər bir Ziyalımız məntiqli fikirlərini bura yazandan sonra İnternetin yaratdığı imkanlardan faydalanıb virtual səsvermədə iştirak edərək Milli Şuraya legitimlik qazandıra bilərdik!!! Hörmətli Arif Bəyin İmtinasıyla başlayan CİDDİ məsələlərin müzakirəsinə böyük ehtiyac olduğunu hər bir məntiq sevər Dostumuz qəbul edirmi?? "Milli Şuranın Tərəfdarları" adlanan bu Facebook Qrupumuzda 3 mindən çox Dostumuzun fikir mübadiləsində fəal olanlarına çox təşəkkür edirik!!! Milli Şuramızın üzvü olmaq istəyən 100 nəfərin hər biri çox gümün ki, bu Qrupumuzun üzvüdür! Yaxşı olardı ki, Burada da hər bir namizədin müsbət tərəflərini tanıya biləydik və Azərbaycanın Ən Böyük Problemlərinin həllinə çalışan və fəxr etdiyimiz bir təşkilat kimi inkişaf etməsi üçün Milli Şura 3 mindən çox Dostumuzun BƏYƏNİSİNİ QAZANA BİLƏYDİ!!! Vətənimizdə Legitim Parlamentimizin olmadığı indiki Zamanda hər kəsin fikrinə ehtiyacımız var, çünki, hamıdan ağıllı kimsəni Xalqımız hələ ki, seçə bilməyib və tanımır!!! Bizim də hər birimiz 50 milyonluq Xalqımızın 1 üzvüyük və müzakirələrdə imkan daxilində hər bir Vətəndaşımıza söz haqqə tanıyaraq məntiqli iştirak etməliyik ki, Milli Şuramızın və digər İdeyalarımızın xeyirləri aydınlaşsın! Əslində Parlamentə bənzər təşkilatın tərkibini Ziyalılar Forumunun vəya İctimai Palatanın vəya hər hansi Şəxsiyyətin yazmağa səlahiyyəti yoxdur!! Dünyadakı son on illərdə bütün avtoritar rejimlərdən qurtulan xalqlar Parlament seçkilərinin nəticələrinin Ədalətli sayılmasına nail olduqları üçün Hüquqi Dövlətlərini qura biliblər!!! 62 yaşlı Rövşən Yunisoğlu Qəmbər Almaniyada 2004-də qurulmuş və Bonn İdarə Məhkəməsində qeydiyyatdan keçmiş Dünya Azərbaycanlıları Məclisini sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA