Tanınmız hüquqzünas Qurban Məmmədov həbs olundu; Qardazı danızdı

img

04-06-2013 [06:57]


Vəkil Qurban Məmmədov həbs olunub. Bu barədə onun həmkarı Namizəd Səfərov sosial şəbəkədə xəbər paylaşıb. N.Səfərovun yaydığı məlumata görə, Qurban Məmmədov barəsində həbs qərarı çıxarmaq üçün Nəsimi rayon məhkəməsinə aparılıb və orada onun barəsəində həbs qətimkan tədbiri seçilib. Daha bir məlumata görə, Q.Məmmədovun "günahı" ötən ilin sentyabrında adının bir qəza olayına qarışmasıdır. Belə ki, dayanacaqda işləyən bir kişinin ayağı zədələnib və buna Q.Məmmədovun səbəbkar olduğu irəli sürülüb. Qeyd edək ki, bu gün Q.Məmmədov öz facebook səhifəsində aşağıdakı qeydləri edib: "Rejim mənim həbsimə sanksiya verib. Uydurma şahidlərlə məni həbs etmək istəyirlər. Mübarizəmin həbs mərhələsi başlaya bilər. Hamı bilsin ki, bu rejimə qarşı mübarizədən döndü yoxdur"(musavat.com). *** Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünür. "Qurban Məmmədovun avtomobillə xəsarət yetirdiyi şəxs şikayətçi deyildi. Aralarında barışıq olmuşdu. Amma sonradan barışıq ərizəsini geri götürüb və şikayətçi olub". Mia.az xəbər verir ki, bunu ANS PRESS-ə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş vəkil Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Qurban Məmmədov deyib. Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib. "Son zamanlar Milli Şurada aktiv siyasi fəaliyyətlə məşğul olurdu. Müəyyən radikal çıxışqlar edirdi. Düzdü qardaşım olsa da, 5 ildi müəyyən səbəblərə görə aramız soyuqdu, əlaqələrimiz kəsilib. Amma həbsində siyasi motivlər olsa onu müdafiə edəcəm", - Sərdar Cəlaloğlu əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA