Rövnəq Abdullayevin izçisi aeroportda tutuldu

img

04-06-2013 [03:35]


Futbol üzrə Azərbaycan Kubokunun finalında baş verən hadisələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu tərəfindən açılan cinayət işi davam etdirilir. Yayılan son xəbərlərə görə, ?Neftçi?nin keçmiş rəisi Güloğlan Cabbarov ölkəni tərk etmək istərkən Binə hava limanında keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub. Yayılan digər xəbərə görə, Baş Polis İdarəsinin İstintaq Şöbəsində dindirilən Güloğlan Cabbarov ölkəni və Bakını tərk etməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb. Cabbarovun mətbuata hər hansı açıqlama verməsi də qadağan olunub. Azərbaycan Kubokunun finalındakı adam döymə hadisəsində iştirak edərək insanlara bədən xəsarətləri yetirən ?Neftçi? klubunun əməkdaşlarının saxlanılaraq dindirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə əməliyyat tərbirlərini davam etdirirlər (Azerisport.az). Xaırladaq ki, "Neftçi"nin prezidenti həm də ARDNŞ rəhbəri Rövnəq Abdullayevdir. Həbs edilən şəxs ona çox yaxın olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA