Azərbaycanlı milyarderin Moskvada bunkeri tapıldı; Telman ismayılovun bazı yenə dərddə!

img

04-06-2013 [02:42]


Moskvada azərbaycanlı iş adamı Telman İsmayılov qanunsuz işçi çalışdırmaqda ittiham edilir. Belə ki, məşhur iş adamına məxsus və 2009-cu ildə bağlanan ?Çerkez? bazarında bunker aşkar edilib və bu böyük hay-küyə səbəb olub. Moskva polisinin cinayət axtarış şöbəsindən verilən məlumata görə, bunkerdə 220 miqrantın çalışması üçün şərait olub. Burada qanunsuz miqrantların işləməsi üçün 122 tikiş maşını da aşkarlanıb. Miqrantlar səhərdən axşama kimi həmin maşınlarda tikişlə məşğul olublar. AzNews.az-ın ?RİA Novosti?yə istinadən verdiyi xəbərə görə,bunkerdə işçilərin istirahəti də nəzərə alınıb və hərtərəfli şərait yaradılıb. Bunkerdə hətta türk kafesi və manqal, işçilərin poker oynaması üçün kazino, 35 nəfərlik kinozal da aşkar edilib. Bunkerdəki ?tikiş fabrikində? çalışanlardan birinin hətta 2005-ci ildə Rusiyadan deportasiya edildiyi də məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA