Siyavuz Novruzovdan Arif Hacılıya dəstək gəldi; Cəmil Həsənli isə təəssüflənir

img

03-06-2013 [03:13]


?Arif Hacılının Milli Şurada olmayacağı barədə açıqlamasını təbii qarşılayıram. Hesab edirəm ki, ağıllı insanlar bu qurumda olmayacaq. İnanıram ki, Arif Hacılı kimi bir çox şəxslər Milli Şuradan imtina edəcəklər?. Mia.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov Müsavat başqanının müavini Arif Hacılının Milli Şurada təmsil olunmayacağına dair bəyanatına münasibət bildirərkən söuləyib. Onun sözlərinə görə, Milli Şura ayrı-ayrı xarici ölkələrin layihəsi olduğu hər kəsə bəllidir: ?Baxmayaraq ki, bu qurumun adının qarşısında ?milli? sözü yazılıb. Mən ilk gündən demişdim ki, Milli Şura yaranmadan dağılacaq?. Bu arada isə Milli Şura ideyasının müəlliflərindən biri, ?Ziyalılar Forumu?nun həmtəsisçisi Cəmil Həsənli də Arif Hacılının açıqlamasına münasibət bildirib. Mia.az xəbər verir ki, Editor.az-a danışan professor Cəmil Həsənli Milli Şura ilə bağlı səslənən iddialarla razıəlaşmadığını söyləyib: ?Milli Şura müxalifətin son illər ərzində reallaşdırdığı ən ciddi birliklərdən biridir. Mən bu birliyə və onun gələcəyinə nikbin yanaşıram. O ki qaldı Arif Hacılıya, mən onun açıqlamasına şərh vermək istəmirəm. Təəssüf ki, həm iqtidar, həm də müxalifət daxilində Milli Şuranı ləkələmək, onu Rusiya ilə əlaqələndirmək istəyən qüvvələr var ki, onlar siyasi sifariş icra edirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA