Hacıbala Abutalıbovun sərəncamı yeni qalmaqal yaratdı; Meriya məhkəməyə verildi

img

03-06-2013 [01:01]


Təxminən 5 il əvvəl Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusu verilərkən prezident İlham Əliyevin sərəncamı ilə yeni şəhərə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bir hissəsinin ərazisinin verilməsinin, deyəsən, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi üçün əhəmiyyəti olmayıb. Belə ki, prezident sərəncamına rəğmən, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi şəhər icra hakimiyyəti Abşeronun rayonunun Xırdalan şəhərinin hüdudlarına daxil olan ərazi üzrə sərəncam verib. Bu isə Bakı meriyası ilə Xırdalan şəhər bələdiyyəsi arasında məhkəmə qalmaqalı yaradıb. Mia.az ?Reytinq? qəzetinin son sayında dərc olunan materiala istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xırdalan bələdiyyəsinin hüdudlarına daxil edilən torpaq sahəsi üzrə sərəncam verməsi qarşı tərəfdə ciddi narazılıq doğurub: ?Buna görə də Abşeron rayonu Xırdalan Bələdiyyəsi Bakı şəhər İcra Hakimiyyəti və onun başçısı tərəfindən imzalanan sərəncamla torpaq sahəsi üzrə mülkiyyət hüququ əldə etmiş şəxsi məhkəməyə verib. Bələdiyyə məhkəmədən prezident sərəncamı ilə mülkiyyətlərinə verilmiş və sonradan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin sahənin başqasına ayrılması barədə qərarın ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və bələdiyyə mülkiyyətinə qaytarılmasını tələb edir. İşə əvvəlcə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəmədə baxılıb. Lakin mübahisə bu məhkəmə instansiyasının verdiyi qətnamə ilə öz həllini tapmayıb. Ona görə də yuxarı məhkəmə instansiyasına şikayət verilib?. Məlumata görə, Xırdalan Bələdiyyəsi ilə Bakı şəhər İcra Hakimiyyəti arasındakı məhkəmə çəkişməsi, artıq Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun icraatına verilib: ?Tərəflər arasındakı mülkiyyət mübahisəsi hakim Cahangir Yusifovun sədrliyi ilə icraata qəbul olunub və araşdırılır. Xırdalan Bələdiyyəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və bu qurumun sərəncamı ilə həmin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edən şəxsə qarşı tələblərinə iyunun 6-da baxılacaq?. Məsələ ilə bağlı nə Bakı Şəhər İcra Hakimiyyətindən, nə də Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədovdan münasibət öyrənmək mümkün olmayıb. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA