Təhsil Nazirliyi yeni aparat rəhbəri ilə bağlı məlumat yaydı

img

03-06-2013 [10:53]


Bir neçə gün əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri təyin edilən Ceyhun Bayramov haqqında qurumun rəsmi saytında informasiya yerləşdirilib. Qeyd olunur ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, 2000-2002-ci illərdə ?Salans Hertzfeld & Heilbronn (Baku) Limited? şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə ?OMNİ? hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan ?Chambers Global?, ?IFLR1000? və ?Legal500? tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. Xatırladaq ki, Təhsil Nazirliyinin yeni Aparat rəhbəri Mikayıl Cabbarovun yeniyetməlik dostudur və onunla məşhur ?Çto? Qde? Koqda?? yarışmasında bir komandada mübarizə aparıb. O, eyni zamanda maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA