Nazirlik: "Bioxen" zampun və serumlarının satızı ilə məzğul olan zirkət haqsız reklamla məzğuldur

img

01-06-2013 [10:22]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "TREKA-2009" MMC-yə məxsus www.bioxen.az saytında test nəticələrinə istinadən yayımlanan reklamda "Bioxen" şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının alımasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edili,. Nazirlikdən verilən məlumata görə, aparılan araşdırmalar zamanı isə əslində testdə "Bioxen" şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilib. Lakin "TREKA-2009" MMC tərəfindən www.bioxen.az saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilmiş, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkar olunub. Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə "TREKA-2009" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA