Türkçülüklə bağlı yeni qurum yaradılıb

img

01-06-2013 [07:07]


in mətbuat xidmətindən verilən məlumata görə 30 may, 2013-cü il tarixdə RİHEMM-in ofisində bir neçə ziyalı və ictimai fəal toplanaraq Dünya Türklərinin problemləri sahəsində dəyirmi masa keçirmişlər. Tədbirdə əsasən Azərbaycançılıq və Türkçülüklə bağlı dünya ölkələri arasında sosial ?siyasi , mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı dinləmələr keçirilib . Tədbirin sonunda RİHEMM sədri Azad İskəndərlinin təklifi ilə ?Dünya Türk Problemləri İnstitutu? (DTPİ) adlı təşkilatın yaradılması fikri irəli sürülüb. Tədbir iştirakçıları yekdilliklə səs verərək belə bir qurumun yaranmasını təsdiq etmişlər. Tədbirdə iştirak edən respublikanın Əməkdr artisti Naibə xanım Allahverdiyeva hələ 1953-cü ildə atası Cahid Hilaloğlunun qız qalasına üç rəngli bayrağımızın asmağından və sonralar başının böyük müsibətlər çəkməsindən danışdı. Bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının xidmətləri nəticəsində Azərbaycanda demokratiya , söz azadlığının olduğu bir dövrdə Millətə, Dövlətə xidmətdə bulunmaq elə də çətin bir məsələ olmadığını vurğuladı. Daha sonra Azad İskəndərli belə bir qurumun yaradılmasının həm millətimizə həm də dövlətçiliyimizə beynəlxalq aləmdə həm siyasi, həm ictimai , həm də mənəvi divident gətirəcəyinə inandığını söylədi. Daha sonra çıxış edənlər özlərindən öndəki natiqlərin söylədiklərini təsdiq edərək açıq səsvermə yolu ilə DTPİ-yə direktor Azad İskəndərlini seçdilər. Bizə də Sosialxeber.org olaraq həm Azad bəyə, həm də "DÜNYA TÜRK PROBLEMLƏRİ İNSTİTUTU"NUN (DTPİ)-a uğurlar arzu edirik və Vətənə, Dövlətə, Millətə xeyirli olsun deyirik.!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA