Uzaqların Beynəlxalq Müdafiəsi günü Səbail rayonunda qeyd olunub

img

01-06-2013 [02:12]


un - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı ?Park Bulvar? Ticarət və İstirahət Mərkəzindəki ?Park Sinema? kinoteartrında Uşaq filmləri həftəsi təşkil olunmuş, hər gün 200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş etdirilmişdir. Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyəti Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və ?World Vision International? təşkilatının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə müxtəlif sahələr üzrə istadı olan uşaqların, idmançıların, əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan uşaqların, rayondakı 219 saylı Evdə-məktəbin şagirdlərinin, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün ?Sahil bağı?nda əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısının müavini Eldar Ağayev burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun ? Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır. Bayramın tarixçəsindən danışan Eldar Ağayev bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının ?2009-cu ilin Uşaq ili elan olunması ilə bağlı? Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun ?Yeniləşən Azərbaycana yeni məktəb? layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, 100-ə yaxın körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd ? uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. ?World Vision International? təşkilatının ölkə direktoru Georgi Devidze, Uşaq Hüquqları üzrə QHT Alyansınin rəhbəri Nazir Quliyev və başqaları qeyd etmişlər ki, Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bu günkü tədbir Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədi daşıyır. Bu gün cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların sağlam və savadlı böyüməsinə, cəmiyyətdə öz yerini tutmasına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər arasında əlil və sağlamlığı məhdud uşaqlara olan diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir və istər dövlət, istərsə də cəmiyyət tərəfindən bu kimi uşaqlara olan qayğı hər zaman artırılmalıdır. Tədbirdə populyar incəsnət xadimləri ilə yanaşı Səbail rayonunun orta məktəblərində və Uşaq Musiqi məktəblərində təhsil alan, mədəniyyət müəssisələrində, dərnəklərdə məşğul olan istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunmuş, gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və istedadlı uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunmuşdur. Tədbirdə dövlət qurumları, biznes və beynəlxalq təşkilatlarının, xarici dövlətlərin səfirliklərinin və uşaq sahəsində çalışan QHT-lərin nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA