Azərbaycanda çimərlik mövsümü rəsmən açıldı

img

01-06-2013 [12:36]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində ?Azərbaycanda 2013-cü il çimərlik mövsümü?nə rəsmən start verilib. APA-nın məlumatına görə, bu məqsədlə keçirilən tədbirdə qonaqlar DSXX-nin istifadəsində olan xilasetmə avadanlıqları ilə tanış olublar. Fövqəladə hallar nazirinin müavini Sahib Tağızadə və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin rəis müavini Bəxtiyar Həsənov bildirib ki, hazırda xidmətin 31 xilasetmə məntəqəsi var: ?Eyni zamanda xidmətin çimərlik ərazilərində postları mövcuddur. Son üç ildə çimərlik və qeyri-çimərlik ərazilərində nəzarət daha da gücləndirilib. Bu il hava ilə doldurulan on ədəd qayıq, hava yastıqlı iki ədəd müasir kater, həmçinin digər xilasetmə avadanlıqları alınıb. Çimərliklərdə post patrul xidmətinin və təcili tibbi yardım maşınlarının ayrılması üçün müvafiq qurumlara müraciət olunub?. Tədbirin sonunda qonaqlar DSXX-nin əməkdaşlarının təlimlərini izləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA