Məcburi köçkünlər ayağa qalxdı; Polis yolları aça bilmir

img

31-05-2013 [12:54]


Bu gün saat 11 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və ?20 yanvar? küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir. İcra Hakimiyyət başçısının birinci müavini İlham İsmayılovun verdiyi məlumata görə, hazırda məsələ araşdırılır. ?Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək?, - deyə İlham İsmayılov bildirib. Problemlə əlaqədar Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsilə də əlaqə saxladıq. Qurumun şöbə müdiri Elmar İsmayılov hazırda hadisə yerinə getdiyini bildirib. ?Bizə də məlumat veriblər ki, məcburi köçkünlər aksiya keçirir. İndi Mingəçevir şəhərinə gedirik. Onlarla görüşüb, danışacağıq. Məcburi köçkünlərin məskunlaşdırılması, onlara yeni mənzillərin verilməsi, onlar üçün şərait yaradılması məsələsi həmişə diqqətimizdədir?(ans-press).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA