100 deputat səs verdi, Fərhad Abdullayev yenidən hakim seçildi

img

31-05-2013 [12:38]


Bu gün Milli Məclisin plenar iclasında Fərhad Abdullayevin yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyinə seçilməsi məsələsinə baxılıb. Mia.az xəbər verir ki, F.Abdullayev növbəti dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi seçilməsi səsverməyə qoyulub və o, 100 səslə yenidən hakim kimi təsdiqlənib. Daha sonra Fərhad Abdullayev hakim kimi and işib və çıxış edərək prezident İlham Əliyevə təşəkkür edib. Bildirib ki, Konstitusiya Məhkəməsi ölkədə hüququn inkişafına kömək eləməyə çalışır. Qeyd edək ki. F.Abdullayev hazırda Konstitusiya Məhkəməsinin sədridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA