Mikayıl Cabbarov: ?Süpürgə pulu?, ?Remont pulu? yığılmayacaq

img

31-05-2013 [12:34]


?Azərbaycanın bütün ərazisində məktəb kollektivi və direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb?. Mia.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq bu işlər mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsində maliyyələşdirilir. ?Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır. Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslər cari təmir adı ilə vəsaitin yığması qeyri-qanunidir. Əgər belə hallar varsa Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-lərlə müzakirə etməli olmayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA