icra bazçının müavini YAP funksionerini tutdurdu; DSK katibinə 10 sutka verildi

img

30-05-2013 [11:20]


Abşeron rayon Mərkəzi Xəstəxanasının hüquqşünası, YAP Abşeron rayon təşkilatının sədr müavini, 45 saylı Abşeron Dairə Secki Komissiyasının katibi Hicran Əliyev həbs olunub. Rayon məhkəməsinin qərarı ilə barəsində 10 sutka həbs-qətimkan tədbiri seçilən Hicran Əliyevin həbs olunmasına səbəb isə icra başçısının müavini İradə Gülməmmədovanı təhqir etməsidir. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, YAP-çı hüquqşünasa daha ağir cəza kəsmək istəyiblər: "Lakin müəyyən müdaxilələr və danışıqlardan sonra İradə Gülməmmədovanı 10 sutkalıq cəzaya razı salmaq mümkün olub. Əvəzində Hicran Əliyev Abşeron Mərkəzi Xəstəxanasının hüquqşünası vəzifəsindən də azad edilib". Abşeron rayon Polis şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hüquqşünas İcra Hakimiyyətinə Novxanı xəstəxanasının baş həkimi ilə gəlib və İ.Gülməmmədovanın otağının qarşısında səs-küy salıb. Etiraz olaraq göstərdiyi davranış isə xırda xuliqanlıq kimi qiymətləndirilib və o, 10 sutka həbs cəzası alıb. Xatırladaq ki, təxminən 15 gün əvvəl YAP Abşeron rayon təşkilatının sədrə Bilman müəllim də Xırdalanda yerləşən kollecin direktoru vəzifəsindən azad olunub. Mia.az-ın əldə etdiyi digər xəbərdə isə bildirilir ki, rayonun icra başçısı Zakir Fərəcov da təxminən 10 gün əvvəl xaricə gedib. Onun ayın sonunda geri dönəcəyi bildirilir. Baçşının səlahiyyətlərini isə müavini İradə Gülməmmədova icra edir.#601;b

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA