Prezident əmək pensiyası ilə bağlı sərəncam verdi; Aviasiya izçiləri isə mükafatlandırıldı

img

29-05-2013 [09:58]


Bu gün prezident İlham Əliyev iki sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Mia.az xəbər verir ki, ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ? 3, maddə 208, ?12, maddə 1019; 2007, ? 12, maddə 1194; 2008, ? 4, maddə 254, ? 6, maddə 464, ? 7, maddə 602, ? 8, maddələr 699, 710; 2009, ? 6, maddələr 395, 399, ? 11, maddələr 877, 879; 2010, ? 7, maddə 579; 2011, ? 4, maddə 267, ? 6, maddə 465, ? 7, maddə 597, ?12, maddə 1109; 2012, ? 11, maddələr 1037, 1044, həmçinin, Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 573-IVQD nömrəli Qanunu) aşağıdakı məzmunda 31.2-1-ci maddə əlavə edilib. Bundan əlavə, 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin olunub. *** Prezidentin digər sərəncamı isə aviasiya işçiləri ilə bağlı olub. İlham Əliyev Azərbaycan mülki aviasiyasının 75 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edib: ?Şöhrət? ordeni ilə: İzmaylov Rafiq Burcəli oğlu Zərbəliyev Tahir Semenoviç "Tərəqqi" medalı ilə: Abbasov Azər Abbas oğlu Bağırova İrina Edemovna Bidzinova Sima Məmməd qızı Əkbərov Əkbər Gülbaba oğlu Əliyev Çingiz Vladimiroviç Əliyev Elxan Qurban oğlu Əliyev Hacıağa Muxtar oğlu Əli-zadə Aslan Muxtar oğlu Hacıyev Elxan Hamlet oğlu Qazıbəyov Fəxrəddin Rəşid oğlu Quliyev Əlyəddin Xeyirbəy oğlu Quliyev Səlim Cavad oğlu Məmmədov Arif Əhməd oğlu Mirzəyev Bala Müşgül oğlu Musayev Əliyusif Həsən oğlu Rublyov Serqey Yuryeviç Səmədov Ədalət Soltan oğlu Sultanov Valeriy Zeynatdinoviç.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA