islamçılar Milli Şuraya üz tutdu: "Orada təmsil olunuruq"

img

29-05-2013 [06:12]


Azərbaycan İslam Partiyası Milli Şurada təmsil olunur. Məlumatı partiya sədrinin müavini Rövşən Əhmədli verib: ?Azərbaycanın aparıcı ictimai-siyasi təşkilatları, o cümlədən İslam Partiyası Milli Şuraya dəvət alıb. Biz Milli Şuranın yaradılması müzakirələrində bilavasitə iştirak etməsək də, orada təmsil olunuruq və bu quruma dəstək veririk?. Mayın 28-də yaradılmış Demokratik Qüvvələrin Milli Şurasında müxalifət partiyaları, ziyalılar, vətəndaş cəmiyyəti öncülləri, inanclı kəsimin təmsilçiləri, gənc liderlər birləşib. Milli Şuranın tərkibi elan olunmayıb. Qurumun yaradılması danışıqlarında əsas qüvvələr Ziyalılar Forumu, EL hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyaları olub(Mediaforum).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA