Sabiq nazir tutuldu; isgəndər Həmidovun hara aparıldığı blinmir; DiN "xəbərsizik" deyir

img

29-05-2013 [03:25]


Keçmiş daxili işlər naziri İsgəndər Həmidov həbs olunub. Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, İsgəndər Həmidov Müsavat Partiyasının qərargahına gələrkən yolda həbs edilib. İ.Həmidovun həbsinin səbəbləri və hara aparıldığı isə bilinmir. *** Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat verib. Onun sözlərinə görə, bir neçə nəfər ?bozqurdçu? çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər ?polis? qışqıraraq onları yerə yıxdılar, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E. Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir. Güman olunur ki, sabiq daxili işlər naziri və keçmiş siyasi məhbus Həmidovun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır. *** Bu gün saat 15-də saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidovun haraya aparıldığı bilinmir. Bu barədə vəkil Yavər Hüseyn ?Yeni Müsavat?a bildirib. Onun dediyinə görə, Daxili İşlər Nazirliyinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edib, lakin İsgəndər Həmidovun harada saxlandığı barədə informasiya əldə edə bilməyib: ?Haraya müraciət ediriksə, deyirlər, İsgəndər Həmidovun saxlanmasından xəbərsizdirlər?. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ?Yeni Müsavat?a bildirdi ki, onlarda İsgəndər Həmidovun saxlandığı barədə məlumat yoxdur. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun saat 15-də həbs edildikdən sonra harada saxlanması barədə ailə üzvləri də heç bir məlumat ala bilmir. İsgəndər Həmidovun həyat yoldaşı Rəna Həmidovanın ?Yeni Müsavat?a verdiyi məlumata görə, İsgəndər bəy saat 14 radələrində evdə namaz qıldıqdan sonra çayxanada dostları ilə görüşəcəyini deyib gedib. Təxminən bir saat yarım keçdikdən sonra sabiq nazirin çayxanada həbs olunub naməlum istiqamətə aparıldığı barədə evinə dostları tərəfindən məlumat verilib. R.Həmidova hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə və vəkillərlə danışdığını, onların da hələ ki, İ.Həmidovun harada saxlanması barədə məlumat əldə edə bilmədiklərini dedi: ?Novella xanım araşdırma apardıqlarını hələlik dəqiq məlumata ala bilmdəiklərini mənə bildirib?. R.Həmidova ?Publika.az saytında onun adından yayılan informasiyadan təəccübləndiyini də bildirdi: ?Mənim adımdan xəbər yayıblar ki, İsgəndər evdədir. Mən o sayta heç bir açıqlama verməmişəm. Bilmirəm nə üçün bu cür yalan informasiyanı, özü də mənim adımdan yayıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA