Mübariz Mənsimovdan sərt mesaj: ?Lotuluq necə olur, göstərəcəm?

img

29-05-2013 [03:21]


"Böyük Final"da məğlub olan "Xəzər Lənkəran" futbolçularına ən böyük dəstək klubun fəxri prezidenti Mübariz Mənsimovdan gəlib. Mia.az-ın korner.az saytına istinadən xəbərinə görə, prinsipial qarşılaşmada "Neftçi"yə penaltilərdə yenilən "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimov klubun paltardəyişmə otağına gələrək gözəl oyuna görə futbolçuları təbrik edib. Bunun ardından Mübariz Mənsimov futbolçulara "Mən onlara göstərəcəm lotuluq necə olur?" deyib. Xatırladaq ki, Azərbaycan kubokunu dünən ?Neftçi? qazansa da, oyundan sonrakı qalmaqal, ?Neftçi? rəsmilərinin ?Xəzər Lənkəran? futbolçularını döyməsi hələ çox müzakirələrə səbəb olunacağı görünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA