Abbas Abbasov: ?Bizə qarzı duranlar gedəcəklər?

img

29-05-2013 [02:12]


?Sirr deyil ki, bu gün Rusiya ərazisində anti-Azərbaycan siyasəti yürüdən insanlar da var. Onlar kriminal fəaliyyətləri ilə bizim milləti biabır edirlər?. ?Qafqazinfo?nun məlumatına görə, bu sözləri Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasov qurumun rəsmi saytına Rusiyada mövcud Azərbaycan icmalarının qarşılıqlı münasibətlərini şərh edərkən deyib: ?Niyə görə mən güclü Azərbaycan icması, möhkəm qardaşlıq yaratmaq istədim? Ona görə ki, lazım gələndə, ölkə rəhbərimizin çağırışı zamanı tarixi torpaqlarımız uğrunda bir yumruq kimi çıxış edə bilək. Eyni zamanda, Azərbaycan Rusiya arasındakı əlaqələri, Rusiyada məskunlaşan digər xalqlarla bizim xalqın dostluğuna dəstək olmaq üçün. Bax bizim əsl məqsədimiz bundan ibarətdir. Azerros və RATİ-nin əsas məqsədi həmvətənlərimizi birləşdirməkdir. Buna mane olmağa, qarşı gəlməyə çalışacaqlar, lakin biz istənilən halda öhdəsindən gələcəyik. Biz bir xalqıq və bizi ayırmalarına imkan verməyəcəyik. Biz onsuz da parçalanmışıq. Lakin biz birləşəcəyik, güclüyük çünki və heç kim bizim xalqın birləşməyinə mane ola bilməz. O kəslər ki, hazırda bizə qarşı dururlar onlar gedəcəklər, inanın mənə. Onlar gedəcəklər, onlar olmayacaq. Mən onların adını çəkə bilərəm, əgər istəsəniz. Lakin xalq özü də hər şeyi yaxşı bilir və lazımi qiyməti özü verəcək. İmkan verməyəcəyik ki, bizim milləti tapdalasınlar. Biz bütün insanların azad, səs vermə hüququ olan demokratik cəmiyyətdə yaşamaq istəyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA