Sabiq səfirin keçmiz həyat yoldazı prezidentə müraciət etdi

img

28-05-2013 [10:33]


Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə azadlıqdan məhrum edilən Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Şəmsiyyə Bəylərqızı prezident İlham Əliyevə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: ?Cənab Prezident! Mən 2006-cı ildə İranın Azərbaycandakı eks-səfiri Süleymani Molla Yusif Əfşar Qədir oğluyla ailə həyatı qurmuşam. Birgə nikahdan 22.07.2008-ci ildə oğlumuz Süleymani Mollayusif Yılmaz Əfşar oğlu dünyaya gəlib. Əfşar Süleymaninin xəyanətləri nəticəsində bu evlilik uzun çəkmədi. Uşağın doğulmasında çox böyük mübahisəmiz oldu ki, uşaq Azərbaycanda doğulmasın. Lakin mən uşağı Azərbaycanda dünyaya gətirdim. Oğlum Azərbaycan vətəndaşıdır. 2008-ci il 14 noyabrda Nəsimi rayon məhkəməsi aliment verməsi haqqında qərar qəbul etdi. 2011-ci ildə isə Əfşar Süleymaninin (aliment ödəmədiyi üçün) Azərbaycandan çıxışın qadağa qoyuldu. 2008-ci il 22 noyabrda Əfşar Süleymani DİN-nə mənim onun əmlakını mənimsədiyim haqqında müraciət etdi və məni qeyri-qanuni olaraq 5 gün MCQMİ-də saxladılar. Nəhayət vəkil məhkəmə qərarını təqdim etdikdən sonra mənə təzyiq edərək yaşadığım evi boşaldıb Əfşara təhvil verməyim və 400 000 ABŞ dolları ödəməyim haqda sənədə imza atdırıb buraxdılar. Bundan sonra mən 14 nazirliyə, Sizə Mehriban xanıma teleqramlar vurdum. 11 nazir məni qəbul etdi, əlimdəki məhkəmə qərarının üzərində imza qoyulub İrana göndərilməsinə nail oldum.Tural Qasımov (PA) məni qəbul etdi, işi Ramiz Mehdiyev (MCQMİ-dəki 400 000 ABŞ dolları) nəzarətə götürdüyünü dedi. Sizin və Ramiz Mehdiyevin müdaxiləsindən sonra 28.10.2010-cu ildə cinayət işinin başlanmasına rədd qərarı verildi. Daha sonra Əfşar Nəsimi rayon məhkəməinə ərizəylə müraciət edib pulu məndən tələb etdi. Sübuta yetirilmədiyi haqda Nəsimi rayon məhkəməsi qərar verdi. 1 ay sonra qərar qüvvəyə mindi. 2012-ci ilin may ayında mən Yasamal rayon məhkəməsinə üşağı xaricə çıxarmağım və 18 yaşına çatanadək məndə qalması haqda müraciət etdim. Bu haqda qərar 08.06.2012-ci ildə qüvvəyə mindi. Məni həbs etdirməyə gücü çatmayan Əfşar Süleymani səfirliyi müddətində Quma təhsil almağa göndərdiyi Fizuli Qasımov vasitəsiylə MCQMİ-yə müraciət etdirdi ki, guya mən Fizulidən pul almışam və müxtəlif məmurların adını çəkdi. Məni 08.06.2012-ci ildə MCQMİ həbs etdi, həbsimdən 13 gün sonra anamın ürəyi partladı, dünyasını dəyişdi. Azyaşlı oğlum tanımadığım insanların himayəsində qaldı. Bu günə qədər oğlum yad əllərdədir. Dəfələrlə müraciətimə baxmayaraq məni ?ev dustaqlığına? buraxmadılar. MCQMİ bə Baş Prokurorluq qərəzli olaraq haqqında mülki qərar olmasına baxmayaraq Əfşar Süleymaniyə indi şişirdib 741 min ABŞ dolları iddiası əsasında ittiham verdi. 2008-ci ildən bu günədək güc nazirlikləri Əfşar Süleymaninin sifarişi ilə ?süleymani? havasını oynayır. Bu azmış kimi 27.03.2013-cü ildə başlayan məhkəmə prosesi bu günə kimi davam edir. Prosesin gedişindən bu nəticəyə gəlirəm ki, Ağır Cinayətlər Məhkəməsi də (sədr Şəkər Məmmədova) ?süleymani? havasına oynayır. Mən Azərbaycan ziyalısıyam, Azərbaycan qadınıyam, Azərbaycan əsgərinin anasıyam. Anam və oğlumdan başqa heç kimim yox idi. Anam indi torpaq altındadır. Azyaşlı oğlumsa yad əllərdədir. Mən həbsə düşən kimi Nəsimi rayon məhkəməsinin hakimi Xumar Mərdanova aliment ödəmədiyi üçün sərhəddən çıxışına qadağa qoyan qərarını ləğv etdi. Bu günədək Əfşar aliment ödəmir və məni öz əlaqələrindən istifadə edərək, qisas almaq üçün üzərimə saxta cinayət işi qaldırtdırıb və məni qeyri qanuni həbs etdiribdir. Xahiş edirəm bu haqsızlığın, bu Allahsızlığın, Əfşar Süleymaninin sifarişi ilə oyunların bitməsinə və buna himayədarlıq edən məmurların özbaşınalığına son qoyulmasına göstəriş verəsiniz. Bu həmin Əfşar Süleymanidir ki, Azərbaycan dövlətinin və Sizin haqqınızda İranın ?Səhər? telekanalında hədyanlar yağdırırdı. Və bu diski MCQMİ-dən tutmuş, prokurorluq və məhkəmə orqanlarına təhvil vermişəm. Lakin bu günə qədər heç bir nəticə hasil olmayıb, onu dəstəkləyən məmurlarsa bu millətin və dövlətin düşmənidir. Hörmətlə, Şəmsiyyə Bəylərqızı 25.05.2013-cü il Bakı istintaq Təcridxanası?. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA