Abel Məhərrəmov bəzi tələbələri dövlət imtahanından azad etdi

img

27-05-2013 [01:40]


Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib. BDU-dan verilən xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu məsələ ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, orta balı 81 və 81-dən yuxarı olan və təhsil aldığı müddət ərzində yalnız A, B və C qiymətləri almış tələbələr dövlət imtahanından azaddırlar. Onlar yalnız diplom müdafiəsi edəcəklər. Orta balı 81-dən az olan tələbələr isə dövlət imtahanı verəcəklər və onlar diplom işləri müdafiəsindən azaddırlar. Onlar komissiya qarşısına çıxmayacaqlar. Bu tələbələr sadəcə, diplom işlərini kafedralara təhvil verməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA