Nigar Köçərli yazıçılar arasındakı qalmaqaldan danızdı

img

27-05-2013 [12:57]


Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid ?Gündəlik Teleqraf?a müsahibəsində maraqlı açıqlama verib. O, Milli Kitab Mükafatının münsiflər heyətinin üzvləri arasında eks xalq yazıçısı Əkrəm Əylisiyə görə ciddi mübahisələr yaranıb: ?Münsiflərdən biri mənə demişdi ki, əgər Əkrəm Əylisli ordadırsa, mən istefa verirəm, onunla bir yerdə münsiflər heyətində olmaq istəmirəm. Başqa biri isə ?Əkrəm Əylisli təqdimata gəlsə, orda iştirak etməyəcəyəm, onu görmək və salam vermək istəmirəm? deyə bəyan edib?. Milli Kitab Mükafatının sədri Nigar Köçərli bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, münsiflər heyətinin üzvlərinin narazılığına baxmayaraq, Əkrəm Əylisli öz missiyasını davam etdirəcək: ?Əkrəm Əylislinin müsabiqənin münsiflər heyətində təmsil olunması və ya kənarlaşdırılması ilə bağlı hər hansı bir müzakirəmiz olmayıb. Münsiflər heyətinin tərkibində heç bir dəyişiklik olmayacaq. Tərkib necə varsa elə də qalacaq. Əkrəm Əylisi münsif üzvüdür və missiyasını davam etdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA