Prezident Ziya Məmmədova xüsusi səlahiyyət verdi

img

27-05-2013 [11:30]


Nazirlər Kabineti Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verib. MİA.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə prezident İlham Əliyevin 2011-ci il fevralın 15-də imzaladığı fərmana əsasən yeni dəyişikliklər müəyyən olunub. Qərara əsasən, bundan sonra ölkə ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün Nəqliyyat Nazirliyi alacaq. Qərara görə, həmçinin, Nəqliyyat Nazirliyinə bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA