Türkcə Olimpiadaları izmirdə bazladı

img

25-05-2013 [10:45]


Bu il İzmirdə təşkil olunan Beynəlxalq Türk Dili Olimiadası izləyici sayına görə rekord qırdı. İzmir Sərgi, Açıq Hava teatrında təşkil olunan 11-ci olimpiadaya qatılanlar tələbələrin səsləndirdiyi xalq mahnıları ilə bolluca əyləndilər. Azərbaycandan qatılan 30 jurnalistin işıqlandırdığı tədbirin açılış mərasimi zamanı məlumat verildi ki, dünyanın 140 ölkəsində seçim turları artıq yekunaşıb. 26 Mayda təntənəli şəkildə açılışı olan olimpiadanın finalı isə 9 iyunda keçiriləcək. Azərbaycan stendi böyük marağa səbəb oldu Ertem Şənərin aparıcılıq etdiyi tədbir proqaramı zamanı izmirlilərlə bərabər yarışmanı izləmək üçün 140 fərqli ölkədən gələn tələbələr türkçə səsləndirilən mahnılar oxuyaraq əyləndilər. Olimpiada da iştirak edən yarışanların səsləndirdiyi şerlər isə insanarı zaman-zaman kövrəltdi. Tədbirin keçirildiyi İzmir Sərgi, Açıq Hava teatrında təşkil olunan tanıtım stendləri sırasında Azərbaycanınkı da var idi. Ziyarətçilərin böyük marağına səbəb olan ölkəmizin tarixi yerləri haqqında məlumatı isə Bakıdakı türk liseylərinin şagirdləri məlumat verirdilər. Nazir Binali Yıldırım: ?İzmir tolerantlığın, turizmin, dənizçiliyin... şəhəridir? Qeyd edək ki, olimpiadada Türkiyənin dövlət adamları, nazirlər, universitet rektorları və jurnalistlər iştirak edirdilər. Türkcənin universal bir dil olduğunu deyən nazir Binali Yıldırım bu mədəniyyət şöleninin çox əhəmiyyətli bir missiyanı yerinə yetirdiyini vurğuladı: ?Dünyanın dörd bir tərəfindən ölkəmizə, İzmirimizə gələn sevimli gənclər, hamınızı sevgi və hörmətlə salamlayıram. İzmir tolerantlığın, turizmin, dənizçiliyin, Victor Hüqonun xatirələrinə mövzu olmuş, kraliçaya bənzədilmiş bir şəhərdir. Bu şəhərə gəlməklə, bizim qonağımız olmaqla İzmirə gözəllik qatdınız. Xoş gəlib, səfalar gətirmisiniz. Ölkəmiz və millətimiz adına, İzmirlilər adına sizləri görməkdən böyük bir məmnuniyyət duyuruq. Sizlərin timsalında, başda ilələriniz olmaq üzrə bütün dost və qardaş ölkə xalqlarını sevgi və hörmətlə salamlayırıq?. Olimpiyadaların bundan 11 il əvvəl 17 ölkədən 62 şagirdlə başladığının vurğulayan Yıldırım törənin bu gün 140 ölkə 2 min şagirdin iştirakı ilə böyüməyə davam edərək nəhəng bir bayram törəninə çevrildiyini vurğuladı. Mədəniyyət şöleni üçün İzmiri seçən təşkilat səlahiyyətlilərinə təşəkkür edən nazir Yıldırım sonda bunları dedi: ?İzmirlilər adına təşəkkür edirik, sağ olun var olun. Hər il bu tarixlərdə ölkəmizin fərqli şəhərlərində təşkil edilən bu bayram həyatımıza nüfuz edərək ruhlarımızı qucaqlayır, ürəklərimizi yumşaldır, bizə tolerantlıq və qardaşlığı , cihan mərdliyini xatırladan bir iqlim meydana gətirməyə kömək edir. Bu fəaliyyətlərlə birlikdə fərqli coğrafiya, bölgə və mədəniyyətlərdən ölkəmizə gələn, yurdun dörd bir yanında meltem küləyi əsdirən bu qardaşlarımızdan sarı çox darıxmışdıq. Türkcə isanlığa, sülh və qardaşlığa çağıran dilin adıdır. Türkcə könüllər arasındakı gizli körpülərin təməlini atan, insanlığa barışı, sevgini, xoşgörüşü izah edən bir dildir. Bir ölkənin dilini bilmək, o ölkənin mədəniyyəti ilə qardaş olmaq deməkdir. Daha dərindən o ölkəni anlamaq deməkdir. Bunun digər mənası da dünya ilə ünsiyyət qurmaqdır. Qlobal sülhü və qardaşlığı inkişaf etdirməkdir. Dünyanın hər tərəfindəki türk məktəbləri sayəsində dünya ölkələri arasında Türkiyə getdikcə əhəmiyyətini artırır. Artıq Türkiyə dünyada danışılır. Türkiyədəki inkişaflar danışılır. Bu nöqtəyə gəlişimizin arxasında minlərlə, dünyanın 7 qitəsində vəzifə alan, heç bir mənfəət gözləmədən çalışan türk sevgisi, vətən sevgisi ürəklərinə naxış-naxış işləmiş türk müəllimlərimiz var. Bu xidmət ərlərini yetişdirən Anadolunun fədakar gənc ana-atalarına, müəllimlərinə, onların yoldaşlarına buradan salam olsun. Bu vəsiləylə onları müvəffəqiyyətləri münasibəti ilə təbrik edirəm?. Tədbirdə çıxış edən təşkilatçılar isə, bu bayram törəninin ?Expo 2020? namizədi İzmirdə keçirilməsinin böyük önəmindən danışdılar. Mədəniyyət şölenini açılışı, ?Yeni bir dünya? mahnısının səsləndirilməsi ilə sona çatdı. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA