Usubovdan Baz idarə və xidmət rəislərinə tapzırıq

img

25-05-2013 [03:59]


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar mayın 25-də Göyçay rayonunda növbəti qəbul keçirib. Rayon Polis Şöbəsində Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Xocalı və Ağdamdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların operativ şəkildə, mövcud qanunvericiliyə uyğun olaraq həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb. Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA