Bu yollar bu gün bağlı olacaq (SiYAHI)

img

25-05-2013 [12:24]


Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət paytaxtın mərkəzində keçiriləcək motosikl yarışları ilə bağlıdır. Yarış Azadlıq meydanında saat 17:30-dan etibarən başlayacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçirilən yarışda yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə paytaxtın Azadlıq meydanı istiqamətində, Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən, Azadlıq prospketi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən, Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindən və Zərifə Əliyeva və Zorge küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Adıçəkilən istiqamətlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyü nəzərə alınaraq, bu istiqamətlərə hərəkət ictimai nəqliyyat vasitəsilə tövsiyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA