Hacıbala Abutalıbov vəzifədən gedir

img

25-05-2013 [10:46]


Dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov toplantı keçirib. Press24.az-ın əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbov mayın 10-da keçirilən Gül bayramının təşkilində fəal iştirak edənləri mükafatlandırılıb. Tədbirin yüksək səviyyədə keçməsində xidməti olan hər kəsə minnətdarlığını bildirən merin çıxışı zamanı səsləndirdiyi fikirlər isə toplantıya yığışanları sözün əsl mənasında şoka salıb. ?Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin?, - deyə H. Abutalıbov bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA