Ramiz Mehdiyev bütün icra bazçılarını Administrasiyada topladı

img

24-05-2013 [03:39]


Bu gün Prezident Administrasiyasında icra başçıları ilə görüş keçirilib. MİA ?Qafqazinfo?ya istinadən xəbər verir ki, hələ də davam edən görüş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilir. Görüşdə Azərbaycanın bütün rayonlarının, eyni zamanda Naxçıvan Muxtar Respublikasının rayonlarının icra başçıları iştirak edirlər. Məlumata görə, görüşdə bu ilin payızında baş tutacaq prezident seçkilərinə hazırlıqla bağlı icra başçılarına müəyyən tapşırıq və tövsiyələr verilir. Eyni zamanda, yerlərdə sosial problemlərin həlli, əhali ilə münasibət və digər məsələlər ətrafında ciddi müzakirələr aparılaraq görüləcək işlərin hesabatı aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA