Misir Mərdanovun kürəkəni də izdən çıxarıldı; Sabiq nazir ?məni bu izlərə qarızdırmayın? deyir

img

23-05-2013 [12:35]


?Mən artıq təhsil naziri deyiləm. Ona görə də bu nazirlikdə nə baş verir, kimi işdən çıxarırlar, nəyi necə edirlər, bu barədə heç nə danışmaq istəmirəm. Çox xahiş edirəm, mənə bu barədə sual da verməyin. Artıq mənim nazirliklə işim bitib?. Mia.az xəbər verir ki,bu sözləri Moderator.az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovun ona yaxın şəxsləri işdən azad etməsi ilə bağlı suala cavabında söyləyib. Qeyd edək ki, son günlər Mikayıl Cabbarov nazirlikdəki bir sıra idarə və şöbələrin rəhbərlərini işdən kənarlaşdırıb. Mediada isə bu faktlar Misir Mərdanovun kadrlarının ?vurulması? kimi dəyərləndirilib. Misir Mərdanov saytımıza açıqlamasında öz komandasında olanlarla birgə işləməkdən məmnun qaldığını da deyərək, əlavə şərh verməkdən imtina edib: ?Məni bu işlərə qatmayın?. Bu arada təhsil naziri postundan azad edilmiş Misir Mərdanova daha bir şok effektli zərbə vurulub. Budəfəki zərbəni isə nazirə Dövlət Gömrük Komitəsinin rəhbərliyi vurub. Mia.az dia.az-a istinadən xəbər verir ki, Misir Mərdanovun kürəkəni də qaynatası kimi vəzifəsi ilə vidalaşmaq zorunda qalıb. Qaynağın sözlərinə görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrük idarəsində rəis müavini postunu tutan Azər Məmmədov bir neçə gündür ki, vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA